Modern.az

Donald Tramp: “Putin Obamadan qat-qat güclü siyasətçidir”

Donald Tramp: “Putin Obamadan qat-qat güclü siyasətçidir”

11 Mart 2016, 11:06

Amerika prezidentliyinə Respublikaçılar Partiyasından ən şanslı namizəd olan Donald Tramp Vladimir Putin haqda danışıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, seçkiqabağı kampaniya çərçivəsində Putin barədə fikirlərini bölüşən Tramp onu Obamadan güclü siyasətçi adlandırıb.

“Putini çox güclü lider sayıram. Ən azı Obamadan dəfələrlə güclüdür. Amma bu o demək deyil ki, mən onu dəstəkləyirəm”.

Tramp prezident seçiləcəyi halda İsrailin təhlükəsizliyini Amerikanın əsas xarici prioriteti edəcəyini də vəd verib.

“İsrailin təhlükəsizliyi əsas prioritetimiz olacaq. Bundan başqa, Fələstin administrasiyası ilə İsrail arasında sülh yollarını da axtaracağıq”.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır