Modern.az

Samuxa gedən paytaxt sakini ilk iş günü xəsarət alıb

 Samuxa gedən paytaxt sakini ilk iş günü xəsarət alıb

Təhsil

12 Mart 2016, 00:45


Samuxda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, 50 yaşlı Bakı şəhər sakini Rasim Hacıyev ağır kəllə - beyin travması ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, R.Hacıyev bu gün Samux rayonunda yerləşən müəssisələrdən birində mühəndis kimi işə düzəlib və orada ağır bədən xəsarəti alıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı