Modern.az

Türkiyədə terror təşkilatının 10 üzvü saxlanıldı

Türkiyədə terror təşkilatının 10 üzvü saxlanıldı

Təhsil

12 Mart 2016, 11:13


Türkiyənin qərbində - İzmirdə “İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi” (DHKP-C) terror təşkilatının 10 üzvü saxlanılıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxslərin İstanbulun bir sıra rayonlarında terror hadisələri planlaşdırdığı məlum olub.

Martın 9-da isə həmin terror təşkilatın İstanbulda terror hadisəsi təşkil etməyi planlaşdıran 9 üzvü saxlanılmışdı.

Bundan öncə fevralın 16-da Türkiyənin cənub-şərqində Şanlıurfa əyalətində həmin təşkilatın intiharçı-terrorçu üzvü Dilək Kaya saxlanılıb.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı