Modern.az

Nazirlik Yeni il öncəsi ərzağı bahalaşdıranlarla mübarizə aparacaq

Nazirlik Yeni il öncəsi ərzağı bahalaşdıranlarla mübarizə aparacaq

17 Dekabr 2010, 18:52

Yeni il bayramının gəlişi ilə əlaqədar əhalinin bir sıra ərzaq mallarına tələbatı artır. Bununla əlaqədar olaraq, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımı hallarının qarşısının alınması məqsədilə bayram üçün daha çox tələb olunan ərzaq mallarının qiymətlərinin gündəlik monitorinqinə başlayıb. İstehlakçılardan istehlak mallarının qiymətlərində artım halları ilə rastlaşdıqda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur (əlaqə telefonları: 498-15-01, 498-15-04).

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə