İlin əvvəlindən bu günə qədər Rusiyada milli və etnik zəmində 36 nəfər öldürülüb, 350 nəfər yaralanıb. Bu barədə Rusiyanın nufuzlu qeyri-hökümət təşkilatı olan “Sova” hüquq müdafiə mərkəzinin rəhbəri Qalina Kojevnikova bildirib.
“Yalnız dekabr ayında Rusiyada 48 nəfər milli zəmində döyülüb, bir nəfər öldürülüb. Kəskin yüksəliş qeydə alınıb”.
Kojevnikova bildirib ki, milli zəmində hücumların əksəriyyəti Moskvada, Sankt-Peterburqda və Nijni Novqorodda qeydə alınıb. 2010-cu il ərzində hüquq müdafiəçiləri Rusiyanın regionlarında 44 belə fakt qeydə alınıb.