Modern.az

“Eurovision 2011” Milli Seçimin növbəti turunun iştirakçıları (Siyahı)

“Eurovision 2011” Milli Seçimin növbəti turunun iştirakçıları (Siyahı)

18 Dekabr 2010, 12:29
İctimai Teleradio "Eurovision 2011" Mahnı Müsabiqəsinin Azərbaycandan olan iştirakçısının müəyyənləşdirilməsi üçün Milli Seçim turlarını davam etdirir. Artıq 6 finalçının adı məlumdur.  Bunlar Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barkley, Arzum Xəlilova və Aynişan Quliyevadır.

Dekabrın 20-dən etibarən mübarizəyə 11 iştirakçıdan ibarət yeni qrup qatılır. "Eurovision 2011" Milli Seçim turlarının növbəti həftəsində yarışacaq iştirakçılarının siyahısı:

İlqarə İbrahimova – sms nömrəsi 601
Eldar Qasımov – sms nömrəsi 602
Seyran İsmayılxanov - sms nömrəsi 603
Leyla İdrisova - sms nömrəsi 604
Samirə Babayeva - sms nömrəsi 605
Rüstəm Əlləzov - sms nömrəsi 606
Ruslan Meşədiyev - sms nömrəsi 607
Elyanə Əhmədova - sms nömrəsi 608
Fuad Mustafazadə - sms nömrəsi 609
Sərxan Məmmədov - sms nömrəsi 610
Diana Hacıyeva - sms nömrəsi 611

Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi finala vəsiqə qazanan ifaçılar  arasından seçiləcək.
Qarşıdakı müddətdə Milli Seçim turunun daha 2 həftəsi keçiriləcək. Hər həftə 11 namizəd öz istedadını nümayiş etdirir.  Deməli daha 2 iştirakçı finala seçilməlidir.

Qeyd edək ki, "Eurovision 2011" müsabiqəsi gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək. Azərbaycan ifaçısının adı isə gələn ilin fevralında keçiriləcək finaldan sonra məlum olacaq.

Modern.az 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə