Modern.az

Gömrükçülər xaricdən Bakıya gətirilən qiymətli daş-qaşı müsadirə ediblər

Gömrükçülər xaricdən Bakıya gətirilən qiymətli daş-qaşı müsadirə ediblər

18 Dekabr 2010, 15:08

Milli Təhlükəsizlik Nazirliyi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinin əməkdaşları Bakı aeroportunda birgə əməliyyat tədbiri keçiriblər. Nəticədə Dubay-Bakı aviareysi ilə Birləşmış Ərəb Əmirliklərindən Bakı şəhərinə gəlın Azərbaycan Respublikası vətəndaşı Hüseynov Elvin Elmar oğluna məxsus olan qara rəngli üzərində “LİMA” sözü əks olunmuş və tünd qəhvəyi rəngli üzərində “POLO SPORTS” sözləri əks olunmuş çamadanlara gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, həmin çamadanların boru şəklində olan metal tutacaqlarından gömrük nəzarətindən gizlədilmiş cəmi 18 ədəd kiçik şəffaf selofan paketlərə qablaşdırılmış müxtəlif ölçülü, ümumi çəkisi 360,8 qram (1804 karat) olan brilyant qaşlar aşkar edilərək götürülmüşdür.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları isə 705 saylı Dubay-Bakı aviareysilə uçub gələn Azərbaycan Respublikası vətəndaşı Şərifova Zenfira Mir Əhməd qızının üstündə şəxsi yoxlama apararkən ondan 2 ədəd sarı rəngli kiçik həcmli bükülülər aşkar ediblər. Həmin bükülülərin içərisində müxtəlif ölçülərdə ümumi xalis çəkisi 97 qram (485 karat) brilyant qaşlar aşkar olunaraq protokol əsasında götürülüb.

UZB 755 saylı Daşkənd-Bakı aviareysi ilə uçub gələn Özbəkistan Respublikası vətəndaşı Faxritdinova Şoxista Djalodinova Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual zamanı üzərində və əl yükündə aparılan gömrük nəzarətinin müstəsna forması olan şəxsi yoxlama zamanı əynindəki gödəkçənin döş nahiyyəsindəki cibində olan bükülünün içərisindən bəyan etmədiyi ümumi çəkisi təxminən 7 qram olan selofanlara qablaşdırılmış qiymətli daşlar aşkar olunub. Sonra isə Ş.D.Faxritdinovanın əl yüklərinə baxış zamanı oradan bəyan etmədiyi üzərində şəffaf daşlar, çəkisi təxminən 13 qram olan 3 ədəd üzük və qara, şəffaf daşlarla bəzədilmiş, çəkisi təxminən 47 qram olan 1 ədəd boyunbağı aşkar olunub. Aşkar olunan əşyalar protokol əsasında götürülüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə