Modern.az

Əfv Komissiyasının yeni üzvü: “Məhkum yaxınlarından müraciətlər almışam”

Əfv Komissiyasının yeni üzvü: “Məhkum yaxınlarından müraciətlər almışam”

Təhsil

14 Mart 2016, 14:25

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Aynur Sofiyeva Novruz bayramı ərəfəsində ölkə başçısı tərəfindən imzalanması gözlənilən əfv sərəncamı ilə bağlı açıqlama verib. A.Sofiyeva Modern.az saytına deyib ki, əfvetmə barədə məsələlər Əfv Komissiyasının iclasında baxıldıqdan sonra qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur:

“Bildiyiniz kimi əfv sərəncamı cənab Prezidentin səlahiyyətindədir. Bu il də Komissiyaya yüzlərlə müraciət daxil olub. Mart ayında Komissiyanın artıq bir neçə iclası keçirilib. Əfv Komissiyasında hər bir müraciətə baxılanda məhkumun ona verilən cəzanın müəyyən bir hissəsini çəkməsi, cəzaçəkmə müəssisəsində olduğu dövrdə özünü necə aparması, törətdiyi əmələ görə peşmançılıq çəkməsi, vurulmuş maddi ziyanı ödəməsi, məhkumun ailə vəziyyəti və s. məsələlərə diqqət yetirilir. Son iclasda ümumilikdə 400-ə yaxın müraciətə baxılıb”.

A.Sofiyeva qeyd edib ki, Komissiyanın yeni üzvü olaraq o da məhkum yaxınları tərəfindən müraciətlər alıb:

“Komissiyanın yeni üzvü olaraq, artıq mənə də əfv ilə bağlı müraciətlər daxil olmağa başlayıb. Bu müraciətlərə də Komissiyanın növbəti iclaslarında baxılacaq”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...