Modern.az

İran azərbaycanlı məhkumları ölkəmizə təhvil verib

 İran azərbaycanlı məhkumları ölkəmizə təhvil verib

Təhsil

14 Mart 2016, 20:30

 

Azərbaycanla İran arasında məhkum mübadiləsi həyata keçirilib. Modern.az Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, mübadilə “Azərbaycan və İran İslam respublikaları arasında azadlıqdan məhrum edilmiş şəxslərin cəza çəkmək üçün verilməsi haqqında” 21.02.1998-ci il tarixli müqaviləyə və birgə əldə olunan razılığa əsasən baş tutub.

Martın 12-də cəzanın qalan hissəsini çəkmələri məqsədilə Penitensiar Xidmətin tabe müəssisələrində cəza çəkən İran İslam Respublikası vətəndaşı olan 5 nəfər məhkumun Astara sərhəd-keçid məntəqəsində İranın səlahiyyətli nümayəndələrinə təhvil verilməsi həyata keçirilib.  

Eyni zamanda, cəzanın qalan hissəsini çəkmələri üçün 6 nəfər Azərbaycan vətəndaşı İrandan ölkəmizə qəbul edilib.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...