Modern.az

Belorusda müxalifətin etirazının qarşısı alınıb

Belorusda müxalifətin etirazının qarşısı alınıb

20 Dekabr 2010, 10:11

Dekabrın 19-da Belorusda keçirilən prezident seçkisinin qalibi indiki dövlət başçısı Aleksandr Lukaşenko élan olunub. Modern.az-ın məlumatına görə, Belorus MSK-sı bülletenlərin 100% sayıldığını bəyan edib. Nəticədə Aleksandr Lukaşenko 79,67% səs yığıdığı bildirilib.

Seçkilərin saxtalaşdırıldığını bəyan edən Belorus müxalifəti isə ötən gecə küçələrə çıxıb. Minskdə zorakı qarşıdurma baş verib. Təhlükəsizlik qüvvələriylə 1000-lə müxalifətçi nümayişçi arasında toqquşma olub. Etirazçılar bir neçə hökümət binasına hücum ediblər. Ötən gecə təhlükəsizlik qüvvələri əsas meydanı etirazçılardan təmizləyiblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə