
Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşündən sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayıb.
Modern.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.
Toplantıda iki ölkə arasında mövcud münasibətlərin genişlənməsi və inkişaf perspektivinə dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Modern.az