Modern.az

Azərbaycanda yanğın iki azyaşlı qardaşın həyatına son qoydu

Azərbaycanda yanğın iki azyaşlı qardaşın həyatına son qoydu

Təhsil

15 Mart 2016, 15:28

Bu gün Abşeron rayonu, Mehdiabad qəsəbəsində baş verən yanğın bədbəxt sonluqla nəıticələnib. Fövqəladə Hallar Nazirliyindən Modern.az saytına verilən məlumata görə, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənmiş övladları 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən yolda hər iki uşaq vəfat edib.

Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 13:00-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı