Modern.az

SOCAR büdcə ödənişlərini açılqadı

SOCAR büdcə ödənişlərini açılqadı

Təhsil

15 Mart 2016, 16:01


Dövlət Neft Şirkəti (SOCAR)  Dövlət Sosial Müdafiə Fonduna 10 milyon manatdan çox vəsait köçürüb.

SOCAR-dan Modern. az saytına verilən məlumata görə bu qurum 2016-cı ilin fevral ayında dövlət büdcəsinə 98 milyon 200 min manat vəsait ödəyib. 

2016-cı ilin yanvar-fevral aylarında büdcəyə 215 milyon 882 min manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 922 min manat vəsait köçürüb. 

Ümumilikdə isə bu ilin yanvar-fevral aylarında isə şirkət tərəfindən DSMF-na ödəniş 21 milyon 50 min manat təşkil edib.

Ağa AKİFOĞLU  

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı