
Bu yaxınlarda ABŞ hərbçiləri arasında keçirilən sorğunun nəticəsisinə görə, onların əksəriyyəti dövlət başçısı postunda Respublikaçılar Partiyasından namizəd Donald Trampı, yaxud Demokratlar Parrtiyasından Berni Sandersi görmək istəyirlər. Modern.az xarici KİV-ə istinadən bildirir ki, sorğuda min nəfərə yaxın əsgər, ehtiyatda olan zabit və ABŞ Milli Qvardiyasının üzvləri iştirak ediblər.
Beləliklə, respondentlərin 27 faizi Trampa, 22 faizi isə Sandersə səs verə biləcəklərini bəyan ediblər.
Bununla belə, Trampın lider mövqeyinə baxmayaraq, rəyi soruşulanların bir hissəsi onun prezident seçilməsinin ölkənin gələcəyi üçün təhlükəli ola biləcəyini də istisna etməyiblər.
Üç nəfər isə deyib ki, milyarder ABŞ-ın Ali Baş Komandanı olarsa, xidməti tərk edəcəklər.
Modern.az