Modern.az

“...Staj nəzərə alınmayacaq”

“...Staj nəzərə alınmayacaq”

Təhsil

15 Mart 2016, 16:50

“Bu gün ölkədə əsas problem iş yerlərinin təkcə qeydiyyatı deyil, bu yerlərdə qeydiyyata alınmış insanlara verilən əmək haqlarının tam qeydiyyatı (leqallaşdırılması) məsələsidir. Təcrübə göstərir ki, bir sıra hallarda iş yerləri qeydiyyata alınsa da, ödənilən əmək haqlarının rəsmiləşdirilməsi səviyyəsinin aşağı olması burada səmərə əldə etməsinə imkan vermir”.

Modern.az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. O qeyd edib ki, əsas məqsəd iş yerlərinin qeydiyyatını gücləndirməklə yanaşı, ödənən əmək haqlarının da tam uçotu məsələsinə nail olmaqdır. “Bu daha çox işə götürən işçi arasında olan münasibətə bağlıdır və dövlətin bu məsələyə müdaxilə imkanları kifayət qədər məhduddur”.

Fond sədri bildirib ki, fərdi uçot sistemin daha da dərinləşdirilməsi məqsədi ilə yeni hazırlanan “Pensiya islahatları konsepsiyasında” müəyyən təkliflər var.

“İlk növbədə yeni pensiya alqoritmini təqdim etmək istəyirik. Burada əsas məsələ odur ki, bu gün yuxarı sosial sığorta haqqı ödəyən insanlarla aşağı sosial sığorta haqqı ödəyən insanların sosial təminatı məsələsində bir sıra uyğunsuzluqlar var. Yəni onların hər biri bərabər məbləğlərlə baza hissəsi alırlar.

Ödənən sosial sığorta haqlarında yalnız 50 faizlik hissəsi fərdi hesablarda qeydiyyata alınır. Məhz bu məsələ problem kimi ortadadır. Çünki yuxarı sosial sığorta haqqı ödəməkdə insanlar maraqsız görünürlər. Səbəb isə sosial nəticəni tam əldə edə bilməmələridir. İslahat konsepsiyasında əsas hədəfimiz bu uyğunsuzluğu aradan qaldırmaqdır.

Yeni pensiya formulu ödənən sosial sığorta haqlarına adekvat şəkildə pensiya alınmasını təmin edir. Bu o deməkdir ki, bəlli minimum pensiya göstərici tətbiq olunacaq. Yuxarı haqq ödəyənlərdə staj nəzərə alınmayacaq”.  

Aytən Zəhra

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı