
Braziliyanın keçmiş prezidenti Luis İqnasiu Lula da Silva ölkənin indiki hökumıtində nazir işləməyə razılaşıb.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, eks-prezidentə hansı vəzifənin təklif edildiyi açıqlanmır.
Bəzi məlumatlara görə, söhbər ədliyyə naziri vəzifəsindən gedir. Braziliyada nazir kürsüsü cinayət təqibindən qoruyur. Ötən həftə prokurorluq keşmş prezidenti çirkli pulların yuyulmasında şübhəli hesab edərək məhkəməyə həbs olunmasına order verilməsi üçün müraciət edib.
Da Silva isə günahını təkzib edərək cinayət təqibini siyasi xarakterli adlandırıb. Braziliya KİV-i istisna etmir ki, keçmiş dövlət başçısına nazir vəzifəsini təklif edən prezident Dilma Russef onu prokurorluğun iddiasından qorumaq istəyir.
Da Silva 2003-2011-ci illərdə Braziliyanın prezidenti olub. Səlahiyyət müddəti başa çatandan sonra varisi kimi şəxsən Russefi seçib, nəticədə xanım iki dəfə seçkilərdə qalib gəlib. Keçmiş dövlət başçısı isə 2018-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.
Modern.az