Respublika ərazisində qara və əlvan metalların istehsalı və təkrar emalı müəssisələrində məhsulların keyfiyyətinə dövlət nəzarətini gücləndirmək məqsədilə komissiya yaradılıb. Komissiyanın tərkibi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarətdir.
Məqsəd insanların sağlamlığı, həyatının təhlükəsizliyinin daha etibarlı qorunması, qara və əlvan metalların istehsalı və təkrar emalı müəssisələrində dövlət nəzarətini gücləndirməkdir.
Monitorinqlər zamanı mövcud məhsulların seçilmiş nümunələrinin müvafiq laboratoriya sınaqları aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.
Modern.az