Modern.az

Azərbaycanlı deputat məşhur İsgəndəriyyə kitabxanasında olub

Azərbaycanlı deputat məşhur İsgəndəriyyə kitabxanasında olub

20 Dekabr 2010, 12:32

Millət vəkili Qənirə Paşayeva Misrin Qahirə şəhərində bu ölkənin Əlyazmalar Arxivinin direktoru prof. Abdunasir Hasan Mohammed ilə görüşüb. Görüşdə prof. Abdunasir Hasan Mohsmmed Misirin Əlyazmalar arxivinin haqqında ətraflı məlumat verib və bildirib ki, burada saxlanılan qiymətli sənədlər arasında Azərbaycan tarixi və mədəniyyəti üçün önəmli sayıla biləcək məlumatları özündə əks etdirən çoxlu sənədlər də var.
Qənirə Paşayevanın iki ölkənin bu sahədə qrumları arasında əməkdaşlığın qurulması və genişlənməsi ilə bağlı fikirlərini müsbət qarşılayan  Abdunasir Hasan Mohammed Azərbaycanla əməkdaşlığa hazır olduğunu deyib. Qənirə Paşayevanın Azərbaycana dəvətini böyük məmuniyyətlə qəbul edən Misir Əlyazmalar Arxivinin direktoru Abdunasir Hasan Mohammed Azərbaycanı görməkdən şad olacağını deyib.
Görüş zamanı millət vəkili Qənirə Paşayeva Abdunasir Hasan Mohsmmedə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini bu gün də işğal altında saxlamaqda davam etməsi, 15 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına qayıda bilməməsi, Xocalı soyqırımı da daxil olmaqla ermənilərin müxtflif dövrlərdə Azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı bu günkü vəziyyət, Ermənistanın münaqişənin tənzimlənməsi istiqamətində, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində heç bir addım atmaması və bölgədə gərgin olan vəziyyəti daha da gərginləşdirməsi ilə bağlı ətraflı məlumat verib.
Professor Abdunasir öz növbəsində Misir xalqının bu münaqişədə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bildirmişdir. Millət vəkili isə bildirib ki, beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçılıq siyasətinə qarşı özünün sərt mövqeyini ortaya qoyması  çox vacibdir. Misirin Müasir tarix üzrə mütəxəssisi olan Mohammed Sabri El dalın da iştirak etdiyi görüşdə millət vəkili Misirin Əlyazmalar arxivinin direktoru Abdunasir Hasan Mohsmmedə və Arxivə  Azərbaycanla bağlı xatirə hədiyyəsi və Azərbaycan həqiqətlərini və Mədəniyyətini özündə əks etdirən çoxlu sayda kitablar, sənədli filmlər, materiallar hədiyyə edib.

Qənirə Paşayeva Misirin İsgəndəriyyə şəhərində dünyanın ən qədim və nüfuzlu kitabxanası sayılan İsgəndəriyyə kitabxanasında olub və oraya Azərbaycanla bağlı, Azərbaycan tarixi və mədəniyyəti, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktlarını özündə əks etdirən kitablar, sənədli filmlər, videomateriallar təqdim edib.
Qeyd edək ki, Misir senatoru, İsgəndəriyyə kitabxanasının direktoru doktor İsmayıl Siragəldi bir müddət əvvəl Azərbaycana səfəri çərçivəsində millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Tovuz rayonunda da səfərdə olmuşdu və belə bir fikirlə çıxış etmişdi ki, Azərbaycan həqiqətlərinin Misir və ərəb dünyası toplumuna daha geniş çatdırılması istiqamətində o da əlindən gələni edəcək. O, ölkəsində ən reytinli verlişlərdən sayılan öz proqamında Azərbaycan həqiqətlərinin daha geniş çatdırılması istiqamətində Azərbaycan həqiqətləri ilə bağlı videomateriallara ehtiyac olduğunu bildirmişdi.
Millət vəkili Qənirə Paşayeva isə bu istiqamətdə lazım olan dəstəyi göstərməyə hazır olduğunu demişdi. İsgəndəriyyə səfəri çərçivəsində millət vəkili kitabxanaya Azərbaycanla bağlı bir sıra kitablar və videomateriallar, sənədli fimllər  təqdim edib və bildirib ki, bundan sonra da lazım olan materialların təqdim olunması üçün əlindən gələni edəcək. Hər gün minlərlə insanın İsgəndəriyyə kitabxanasından istifadə etdiyi vurğulayan kitabxana rəhbərliyi Azərbaycanla bağlı materiallarla dünya ictimaiyyətinə daha geniş tanış ola bilməsi istiqamətində Azərbaycan kitabxanaları ilə də əməkdaşlığa hazır olduqlarını bildiriblər.


Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə