Modern.az

Belorus müxalifətinin azadlıqda qalan yeganə namizədi danışdı...

Belorus müxalifətinin azadlıqda qalan yeganə namizədi danışdı...

Təhsil

20 Dekabr 2010, 14:43

Dünən gecə Minskdə baş verən hadisələrdən sonra müxalifət faktik olaraq başsız qalıb. Bu barədə “Rosbalt”a telefonla müxalifətin azadlıqda olan yeganə namizədi Yaroslav Romançuk məlumat verib.

“Gecə 600 -ə yaxın adam həbs edilib. Müxalifətdən prezidentliyə namizəd olan bütün şəxslər həbs edilib. Özüm xoşbəxt təsadüf nəticəsində gecə evdə olmamışam. Odur ki hələlik məni həbs etməyiblər”-deyə o bildirib.

“OMON insanları amansızcasına dağıtdı. Bütün saxlanılanlar barədə cinayət işi açılıb”-deyə Romançuk bildirib. O qeyd edib ki, müxalifət insanları dinc mitinqə toplayıb. “Lakin sonradan Hökümət Evinə daxil olmaq üçün cəhdlər edildi. Bu isə dövlət binasının tutmaq cəhdi kimi qiymətləndirməyə çalışacaqlar”.
Romançuk bildirib ki, hazırda Minskdə vəziyyət sakitləşib.

Belorus müxalifəti prezident seçkilərinin nəticələriin etibarsız hesab edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib. MSK sədri Lidiya Yermoşina bildirib ki, müxalifətdən prezidentliyə namzidəd olmuş Vladimir Neklyayevin və Andrey Sannikovun şikayətlərinə yekun protokolun hazırlanması zamanı baxılacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə