Modern.az

"Kapital Bank" yaşıllaşdırma işlərini davam etdirir - FOTOLAR

"Kapital Bank" yaşıllaşdırma işlərini davam etdirir - FOTOLAR

Təhsil

18 Mart 2016, 11:07


Korporativ sosial məsuliyyətini daima diqqətində saxlayan Kapital Bank “Yaşıl ölkəm” layihəsi üzrə paytaxtda və bölgələrdə yenidən yaşıllaşdırma aksiyası keçirib.

“Bu gün əkdiyimiz ağac, sabah aldığımız nəfəsdir!” şüarı ilə keçirilən yaşıllaşdırma aksiyasında Bankın əməkdaşları iştirak edib. Paytaxtın Qaradağ rayonunda, Sumqayıt şəhərində, Bərdə və İmişli rayonlarında cəmi 400-dən çox eldar şamı və küknar ağacı əkilib. Aksiya zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və quşlar üçün yuva hazırlanıb. Əsasən magistral və şəhərlərarası yolların kənarında əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib, dibləri bellənib və suvarılıb.

“Vətənimizdə ekoloji vəziyyətin yaxşılaşdırılması Bankımızın korporativ sosial məsuliyyətinin əsas istiqamətlərindən biridir. Keçən ildən başladığımız yaşıllaşdırma işlərinin məqsədi ətraf mühitin mühafizəsinə töhvə vermək, insanlar arasında təbiətə qayğı hissinin gücləndirilməsidir. “Yaşıl ölkəm” layihəsi bununla yekunlaşmır, davamlı olaraq yaşıllaşdırma işləri aparmağı planlaşdırmışıq.” - deyə Kapital Bankın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, salınan yaşıllıq zolaqlarına qulluq Kapital Bankın dəstəyi ilə həyata keçiriləcək .Yeni əkilmiş ağacların vaxtı-vaxtında suvarılması üçün ərazilərə suvarma sistemi quraşdırılıb.

Ətraflı: www.kapitalbank.az

Facebook.com/kapitalbank

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı