Modern.az

Aslan İsmayılovdan İTTİHAM: “O hakimlər ən yaramaz insanlardır”

Aslan İsmayılovdan İTTİHAM: “O hakimlər ən yaramaz insanlardır”

Təhsil

18 Mart 2016, 12:09

“Bu gün ölkəmizdə baş verən qanunsuzluqların məsuliyyəti icra hakimiyyəti ilə bərabər onların tapşırıqlarını canla başla yerinə yetirən hakimlərdədir”.
Modern.az saytının məlumatına görə, bu haqda tanınmış hüquqşünas Aslan İsmayılov danışıb.

O, qeyd edib ki, baş verənləri bilməyənlər “əşşi, hakimlik nə var ki, ona deyiblər, o, da icra edir” fikrindədirlər:

“Amma tam yanlış fikirdir. Boyunlarını büküb “bilirəm günahsızdır, ancaq vallah mənlik deyil, yuxarıların tapşırığıdır” deyənlər ən yaramaz insanlardır. Bunlar etdikləri qanunsuzluqları gözəl bilirlər və etməmək imkanları var. Sadəcə bunun üçün dürüst, vicdanlı insan olmaq, aldığı maaşla yaşamağa razı olmaq kifayətdir”.

A.İsmayılov bildirib ki, həmin hakimlər dəbdəbəli həyat sürmək üçün bütün qanunsuzluqlara imza atırlar:

“Onların hər biri tapşırığı elə-belə, zorən yox, bilərəkdən, şüurlu şəkildə edirlər. Törətdikləri qanunsuzluqların əvəzində dəbdəbəli həyat sürmək üçün bolluca rüşvət və digər imtiyazlar əldə edirlər. Sadəcə həmin “yazıq” hakimlərin tərcümeyi halına baxsanız, görərsiniz ki, nə qədər çox qanunsuzluğa imza atırlarsa, o qədər də çox rüşvət alırlar və vəzifədə yüksəlirlər. Onlardan bəziləri hətta giley-güzar da edirlər ki, “dediklərinin hamısını yüksək səviyyədə yerinə yetirmişəm, hələ də sədr göndərməyiblər”. Məclislərdə də hamıdan çox gileylənən, qanunsuzluqdan danışan da bu tiplərdir”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı