Modern.az

Lukaşenko: “Mən heç kimi türməyə basmıram”

Lukaşenko: “Mən heç kimi türməyə basmıram”

20 Dekabr 2010, 19:54

“Çoxminli aksianın təşkilatçıları kütləvi iğtişaş ittihamı ilə həbsxanada oturacaqlar”. Modern.az-ın məlumatına görə, bu barədə Belorus prezidenti Aleksandr Lukaşenko seçkilərin nəticələrinə dair keçirdiyi mətbuat konfransında bildirib.

“Onların hamısı qanuna uyğun olaraq həbsdə oturacaq. Mən heç kimi türməyə basmıram. Mənim yalnız əfv etmək hüququm var”-deyə “Batka” deyib.

Belorus prezidenti xüsusi vurğulayıb ki, ölkənin hər hansı bir yeni kursu olmayacaq. Bununla bərabər prezident hüquq-mühafizə orqnlarının işini yüksək qiymətləndirib. “Onlar xalqı və dövləti varvarlıq və dağılmaqdan müdafiə ediblər”-deyə Lukaşenko vurğulayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə