Modern.az

Nazir Sumqayıtdakı yarmarkada – FOTO

Nazir Sumqayıtdakı yarmarkada – FOTO

Təhsil

18 Mart 2016, 15:37

18 mart 2016-ci il tarixdə kənd təsərrüfatı naziri Heydər Əsədov Novruz bayramı münasibəti ilə Sumqayıt şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış-yarmarkasında olub.

Modern.az xəbər verir ki, yarmarka ilə tanışlıq zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov qiymətlərlə maraqlanıb, istehsalçı və istehlakçılarla söhbət edib, prezident İlham Əliyevin fermer və sahibkarlara göstərdiyi diqqət və qayğıdan söhbət açıb, onları Novruz bayramı münasibəti ilə təbrik edib.

Nazir bildirib ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan təlabatını ödəmək, bazarlarda süni qiymət artımının qarşısını almaqdır.

Bitki və heyvan mənşəli məhsulların keyfiyyətinə nəzarət gücləndirilmiş, bu məqsədlə yarmarkalara səyyar laboratoriyalar cəlb olunub.

Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub.

Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər və yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.     





Modern.az 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı