Modern.az

Qadın mənzilində ölü tapıldı

Qadın mənzilində ölü tapıldı

Təhsil

18 Mart 2016, 15:52


Bakı şəhəri ərazisində yerləşən mənzildə qadın meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən işlərə başlanılıb.

Belə ki, Bakı şəhəri Xətai rayonunda mənzildə 1942-ci il təvəllüdlü Natkino Lyudmillanın bağlı qapı arxasında qalması barədə məlumat araşdırılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açıb. N.Lyudmillanın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 14:13-də başa çatıb.

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı