Modern.az

FHN: İtkin neftçilərin axtarışı davam edir

FHN: İtkin neftçilərin axtarışı davam edir

Təhsil

18 Mart 2016, 15:56


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində 2015-ci il dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin Xəzər dənizində müşahidə-axtarış işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hazırda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri sahilboyu və Aviasiya dəstəsinin helikopteri dənizdə müşahidə-axtarış işlərini həyata keçirir.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı