
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada 1/4 finalın aşağıdakı cütlükləri müəyyənləşib.
"Braqa" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
"Vilyareal" (İspaniya) - "Sparta" (Çexiya)
"Atletik" (Bilbao, İspaniya) - "Sevilya" (İspaniya)
"Borussiya" (Dortmund, Almaniya) - "Liverpul" (İngiltərə)
Qeyd edək ki, Avropa Liqasında 1/4 finalın ilk oyunları aprelin 7-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
Modern.az