Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva eksternat qaydasında imtahanların təşkili barədə əmr imzalayıb. Modern.az xəbər verir ki, əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.
Eksternlərin ərizələri aprelin 1-dən 20-dək qəbul ediləcək. Eksternlər üçün aralıq imtahanları 11, 12, 13 may 2016-cı il tarixlərdə keçiriləcək.
Ümumi orta və tam orta təhsil proqramları üzrə eksternat qaydasında imtahanların təşkili və keçirilməsi üçün Bakı şəhəri 45 nömrəli tam orta məktəb baza məktəbi olaraq müəyyən edilib.
Aytən ZƏHRA