Modern.az

Rabitə Nazirliyindən yay vaxtı ilə bağlı AÇIQLAMA

Rabitə Nazirliyindən yay vaxtı ilə bağlı AÇIQLAMA

18 Mart 2016, 17:31


Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində yay vaxtına keçid ləğv olunub və  27 martda  saatların irəli çəkilməsi həyata keçirilməyəcək.  Məlum olduğu kimi, kompüter, mobil telefon, server və digər informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarında  yay  və qış vaxtlarına keçid avtomatik baş verə bilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olartaq bildirilib ki, bununla əlaqədar olaraq ölkədə fəaliyyət göstərən operator (o cümlədən mobil), provayderlər yay vaxtına keçidin  ləğv olunması barədə məlumatlandırılıb, onlara informasiya sistemləri və şəbəkələrinin UTC+4:00 ilə sinxronlaşdırılması üçün qabaqlayıcı tədbirlər  görülməsi tövsiyə edilib.  

Həmçinin  ölkəmizdə fəaliyyət göstərən tanınmış xarici şirkətlərin  (Microsoft və s.)  yerli nümayəndəlikləri də  yay vaxtına keçidin  ləğv olunması barədə məlumatlandırılıb.

Eyni zamanda,  UNIX əsaslı əməliyyat sistemləri üçün aşağıdakı linkdən yeniləmə paketini endirib tətbiq etməyiniz tövsiyə olunur:

//cache.gmane.org//gmane/comp/time/tz/10687-001.bin

Fərdi istifadəçilərdən  kompüter və  mobil telefonlarının ”tarix və vaxt” menyusundan  “avtomatik” rejiminin deaktiv edilməsi  tövsiyə olunur.    

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...