Modern.az

Təyyarədə ölənlərin əksəriyyəti turistlər olub

Təyyarədə ölənlərin əksəriyyəti turistlər olub

Təhsil

19 Mart 2016, 10:27


Qəzaya uğrayan “Boinq” təyyarəsində olanların əksəriyyəti “Natali-Turs” kampaniyası vasitəsilə gedən turistlər olub. Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya Turizm İttifaqının mətbuat xidmətinin rəhbəri İrina Tyurina məlumat verib.

“Bu turistik reys olub. Hətta güman edilir ki, göyərtədəki bütün sərnişinlər turistlər olub. Göyərtədə “Natali-Turs” kampaniyasının turistləri ilə yanaşı, sərbəst gələn turistlərin də olduğu ehtimal edilir. “Natali-Turs” kampaniyasının xətti ilə 30 turist olub”

Təyyarədə Rostov rayonun qanunvericilik məclisinin deputatı İqor Pakus və onun həyat yoldaşı qəzada həlak olublar.

Rusiyanın Rostov-na-Donu şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan ekipaj üzvləri də daxil 62 nəfərin hamısı həlak olub. 

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı