Modern.az

Rəsmi AÇIQLAMA: Təyyarə qəzasında azərbaycanlılar olmayıb

Rəsmi AÇIQLAMA: Təyyarə qəzasında azərbaycanlılar olmayıb

Təhsil

19 Mart 2016, 11:41

“Flay Dubay” avikompaniyası Rusiyanın Rostov-na-Donu şəhərindəki təyyarə qəzasında həlak olanların hansı ölkə vətəndaşları olduğunu açıqlayıb.

Modern.az saytı xəbər verir ki, verilən açıqlamaya görə, təyyarə qəzasında ölənlər arasında azərvbaycanlı yoxdur. Kompaniyanın məlumatına əsasən, ölənlərdən 44-ü Rusiya, 2-si Hindistan, 1-i Özbəkistan vətəndaşıdır.

Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev də Modern.az-a açıqlamasında bildirib ki, təyyarə qəzasında ölənlər arasında azərbaycanlılar yoxdur.

 “Biz maraqlandıq və ölənlərin də adları açıqlanıb. Azərbaycanlı yoxdur”.

Qeyd edək ki, Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya urğrayan sərnişin təyyarəsində olan 62 nəfərin hamısı ölüb. Bunlardan 4-ü uşaq, 7 nəfər isə heyət üzvü olub. Heyət üzvləri müxtəlif ölkələrin vətəndaşları olub: 2-si İspaniya, 1-i Rusiya, 1-i Qırğızıstan, 1-i Kipr, 1-i Seyşel adaları, 1-i isə Kolumbiya vətəndaşı.

 
 
 

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı