“Forbes” jurnalı ən bahalı alış-veriş edən adamların adlarını açıqlayıb. Siyahıya rus oliqarx Roman Abramoviç başçılıq edir. Jurnal yazır ki, Abramoviç Sankt-Peterburqda yerləşən “Yeni Hollandiya” adasını 400 milyon dollar verərək alıb.
İkinci yerdə tanınmış kolleksiyaçı Stiven Koen tutub. O, 2010-cu ildə müasir art-bazar açmaq üçün 145 milyon dollar pul xərcləyib.
Siyahıda üçüncü yeri pakistanlı milyarder Məhəmməd Manşa tutur. Manşa Londonda lüks otel almaq üçün 95 milyon dollar “tərləyib”.