
İstanbulun Bəyoğlu rayonunun İstiqlal küçəsində baş verən partlayışda 1-i “canlı bomba” olmaqla 4 nəfər ölüb. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin bildirib. O qeyd edib ki, 3-ü ağır olmaqla 21 nəfər yaralanıb. Yaralılardan 3-nün İsrail vətəndaşı olduğunu deyilir.
Modern.az