Modern.az

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub -Foto

 Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub  -Foto

Təhsil

19 Mart 2016, 20:14

 

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hospitalın korpuslarına baş çəkən Müdafiə naziri orada müalicə alan şəxsi heyətlə görüşüb, onların səhhəti ilə maraqlanıb və Novruz bayramı münasibəti ilə təbrik edib.

Ağır xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə general-polkovnik Z.Həsənovun göstərişinə əsasən 10 ədəd ən müasir çoxfunksiyalı çarpayı hərbi hospitalın təminatına verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.  


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı