Modern.az

Azərbaycan və Türkiyə pilotları birgə əməliyyat keçirib - FOTOLAR

Azərbaycan və Türkiyə pilotları birgə əməliyyat keçirib - FOTOLAR

22 Mart 2016, 11:15

Türkiyənin Konya şəhərində keçirilən «TURAZ Şahini - 2016» birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə əməliyyat keçirib. Əməliyyat zamanı qarşıya qoyulan tapşırıq şərti düşmənin strateji obyektləri və bu obyektləri mühafizə edən təyyarələri məhv etmək olub.
Modern.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, uçuşlardan öncə təyyarəçilərlə brifinq keçirilib. Əməliyyat planı, hava şəraiti və digər məsələlər müzakirə edilib.
MiQ-29 və F-16 qırıcı, Su-25 bombardmançı təyyarələrin iştirak etdiyi əməliyyat plana uyğun olaraq həyata keçrilib və uğurla başa çatıb.
Qeyd edək ki, Azərbaycan təyyarəçiləri F-16 qırıcı, türk pilotlar isə MiQ-29 qırıcı və Su-25 bombrdmançı təyyyarələrində əməliyyata qatılıblar.
Təlimlər davam edir.








Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...