Modern.az

Əliyev Lukaşenkonu təbrik etdi

Əliyev Lukaşenkonu təbrik etdi

21 Dekabr 2010, 14:42

Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lukaşenkonu Belarus Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

"Hörmətli Aleksandr Qriqoryeviç, Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Belarusu əsrlər boyu sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, dövlətlərarası münasibətlərimiz bu xoş ənənələrə əsaslanaraq xalqlarımızın rifahı naminə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək. Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram"..

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə