Modern.az

Belçika Türkiyədəki səfirliyini və baş konsulluğunu bağlayıb

 Belçika Türkiyədəki səfirliyini və baş konsulluğunu bağlayıb

22 Mart 2016, 22:14


Belçika Brüsseldə törədilən terror aktlarından sonra Türkiyədəki səfirliyini və baş konsulluğunu bağlayıb.   Diplomatik nümayəndəliklərin işinin dayandırılmasının səbəbi açıqlanmır. Modern.az xəbər verir ki, “CNN Turk”-ün məlumatına görə, diplomatik nümayəndəliklərin müsahibə aparılması, viza verilməsi və digər növ fəaliyyəti iki günlük dayandırılıb. 

Son rəsmi məlumata görə, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 34 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...