Modern.az

Maqsud İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB

Maqsud İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB

Təhsil

23 Mart 2016, 15:45

Dünən vəfat edən xalq yazıçısı Maqsud İbrahimbəyov dəfn edilib.

Apa-nın xəbərinə görə, Maqsud İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, həmkarları, ictimaiyyət nümayəndələri iştirak edib.

***

Bu gün Akademik Milli Dram Teatrında xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi keçirilir.

Apa-nın məlumatına görə, vida mərasimində mərhumun qardaşı Rüstəm İbrahimbəyov, Prezident Administrasiyasının  humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, dövlət və ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, xalq yazıçısı Maqsud İbrahimbəyov uzun sürən ürək xəstəliyindən sonra martın 22-də 81 yaşında vəfat edib.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı