Modern.az

Son iki ayda daşınan yüklərin və sərnişinlərin sayı açıqlanıb

Son iki ayda daşınan yüklərin və sərnişinlərin sayı açıqlanıb

Təhsil

23 Mart 2016, 13:42


Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-fevral aylarında 31,1 milyon ton yük və 287,8 milyon sərnişin daşınıb. Bu haqda Modern.az saytına Dövlət Statistik Komitəsindın məlumat verilib.

Məlumatda bildirilib ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 5,3 faiz azalıb, sərnişin daşınması isə 1,4 faiz artıb. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.

Qeyd edilib ki, yüklərin 57,9 faizi avtomobil, 32,5 faizi boru kəməri, 6,9 faizi dəmir yolu, 2,7 faizi isə dəniz nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,0 faizi avtomobil, 11,8 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb.

Həmçinin daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı