Modern.az

Azərbaycan Avropa İttifaqına və Polşaya nota verib

Azərbaycan Avropa İttifaqına və Polşaya nota verib

21 Dekabr 2010, 19:50

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomas Porebanın işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə cavab olaraq nota verib. Nota dekabrın 21-də Xarici İşlər Nazirliyinə dəvət olunan Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin rəhbəri Rolan Kobia və Polşanın Azərbaycandakı səfiri Mixal Labendaya təqdim edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, baş vermiş hadisənin Azərbaycan tərəfinin ciddi etirazına səbəb olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və respublikamızın işğal edilmiş ərazilərinə onun razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən xarici ölkə vətəndaşlarının Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısına daxil edildiyi qeyd edilib.

Avropa İttifaqı institutları və eyni zamanda, Polşa hökumətindən bölgədə mövcud vəziyyəti gərginləşdirməyə yönəlmiş bu cür təhrikçi addımlara qarşı zəruri tədbirlər görülməsi təkidlə xahiş edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə