Modern.az

Brüssel terrorundan dəhşətli mənzərə: körpə anasının meyiti üstündə ağlayır - FOTOLAR

Brüssel terrorundan dəhşətli mənzərə: körpə anasının meyiti üstündə ağlayır - FOTOLAR

Təhsil

24 Mart 2016, 17:37

Belçikanın paytaxtı Brüsseldə hava limanına hücumla bağlı yeni təfərrüatlar gəlməkdə davam edir.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ortaya çıxan bir görüntü isə insanın içini göynədir.

O görüntülərdə cəhənnəmə dönən hava limanında bir körpə anasının cansız bədəni üstündə qanlar içində qorxudan ağlayır. Üzü-gözü qan içində olan körpə canı ağrısa da, anasını axtarır.

Görüntüləri hava limanında o qarışıqlığın içində itirdiyi oğlunu axtaran taksi sürücüsü Fransisko İzquierdo lentə alıb.

İzquierdo xaosun içində duyduğu uşaq ağlamasını təqib edəndə kiçik qızı tapır. Anasının cəsədi üstündə dayanmadan ağlayan yaralı uşaq taksi sürücüsü tərəfindən azad edilir və ilk yardım briqadalarına təslim edilir.


Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı