Milli Məclisin deputatı Vahid Əhmədov Novruz bayramı günlərində seçildiyi Quba rayonunda seçiçilərinin yanında olub. Modern.az saytı xəbər verir ki, bayram münasibəti ilə rayonda təşkil olunan tədbirlərdə iştirak edən millət vəkili seçicilərinin problemləri ilə maraqlanmağı unutmayıb. Ənənəsinə uyğun olaraq rayondakı ofisində seçiciləri ilə görüşən millət vəkili sonradan onları təkbətək qəbul edib. Quba və qonşu Xaçmaz rayonundan olan 74 sakin deputat tərəfindən qəbul edilib. Qəbul zamanı ən çox qaldırılan məsələ manatın uçuzlaşmasından sonra əhali və banklar arsında kreditlərin qaytarılması ilə bağlı yaranmış çoxsaylı sualların cavabsız qalmasıdır. Rayonda iş yerlərinin az olması, məşğulluq orqanlarının əhaliyə iş yerləri təklif edə bilməməmələri deputata ünvanlanan suallar içərisində çoxluq təşkil edib.
Qəbul zamanı əhalinin qaz, işiq və su ilə təhcizatı zamanı yaranan problemlər - ödənişlərin aparılması, borc məsələləri, əssasız olaraq təhçizatın dayandırılması, sayğacların quraşdırılması zamanı əsası olmayan ödənişlərin tələb olunması məsələlər əvvəlki qəbullarda olduğu kimi yenə də səsləndirilib. Deyilən məsələlərin operativ və yerində həlli üçün rayonun bir sıra idarə rəhbərləri ilə təmaslar qurulub, şəhərin icra nümayəndəsi, işıq idarəsinin rəisi və baş mühəndisi ilə görüşlər keçirilib.
Bir sıra məsələlər nəzarətə götürülərək həlli üçün istiqamətlər müəyyənləşdirilib.Növbəti qəbul aprel ayına planlaşdırılıb.

Modern.az