Modern.az

Göygöl sakini Gəncədə özünü yandırdı

 Göygöl sakini Gəncədə özünü yandırdı

Təhsil

25 Mart 2016, 01:07

 

Göygöl rayon sakini Gəncədə özünü yandırıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin yaxınlığında qeydə alınıb. Göygöl rayon Quşqara kənd sakini, 1970-ci il təvəllüdlü Nəzər Məmmədəliyev üzərinə benzin tökərək özünü yandırıb.  

O dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 2-3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulan N. Məmmədəliyevin vəziyyətinin ağır olduğu bildirilir.  

İlkin məlumata görə, N. Məmmədəliyevin avtomobilini yol polisi əməkdaşları cərimə meydançasına aparıblar. O avtomobilinin yanına buraxılmadığına görə etiraz əlaməti olaraq özünü yandırıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...