
Şimali Koreya lideri Kim Çen In Seulun Pxenyana meydan oxuması halında Cənubi Koreyanı külə çevirməklə təhdid edib. Modern.az-ın xarici mediaya istinadən bildirdiyinə görə, böyük artilleriya təliminə qatılan Kimin hədəfində Cənubi Koreya olub.
O, Cənubi Koreyanın Şimali Koreyaya meydan oxuması halında “düşmən qardaşını” zibilə və külə döndərəcəyinə and içib.
Məlumatda qeyd edilir ki, Kimin də iştirak etdiyi təlimə, Cənubi Koreyanın paytaxtı Seuldakı dövlət binalarına təşkil olunacaq hücumların simülasyonları da daxil olub.
Kimin bu açıqlamaları ABŞ və Cənubi Koreyanın birgə təliminin başlanmasından dərhal sonra gəlməsi də diqqət çəkib. Çünki keçən həftə Pxenyan rəhbərliyi Cənubi Koreya və ABŞ-ın bölgədə genişmiqyaslı birgə təlimlər keçirməsinə sərt reaksiya göstərib, Vaşinqton ilə Seul hökumətlərinə qarşı nüvə silahından istifadə edəcəyi xəbərdarlığını edib.
Modern.az