Modern.az

“Bizi qınayanlar qələt edirlər“ - Eldəniz Quliyev

“Bizi qınayanlar qələt edirlər“ - Eldəniz Quliyev

Təhsil

26 Mart 2016, 00:05

 

Milli Şura sədri Cəmil Həsənlinin və qurumun koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyevin Maqsud İbrahimbəyovun yasında iştirak etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.   Modern.az xəbər verir ki, Moderator.az -a açıqlamasında Eldəniz Quliyev onların Rüstəm İbrahimbəyovla görüşlərinə irad tutanları, Maqsud İbrahimbəyovun yasında iştirak etmələrini qınayanları tənqid edib:   "Rüstəm İbrahimbəyov qardaşının yası ilə əlaqədar olaraq Bakıya gəlib. Milli Şuradan mən və Cəmil Həsənli Rüstəm müəllimlə görüşdük. Biz həmçinin Maqsud İbrahimbəyovun dəfn mərasimində də iştirak etdik. Bəzi gənclər buna etiraz edir. Mən Maqsud İbrahimbəyovla bir yerdə işləyəndə indi bizi qınayan gənclərin atası üç təkərli velosiped sürürdü. Sözsüz ki, bu adamın səhvləri olub. Biz bunları sağ ikən demişik. İndi Maqsud İbrahimbəyov ölüb. Ölən şəxsin arxasınca danışmaq etik deyil.  

Bizi qınayanlara gəldikdə isə bu insanlar qələt edirlər.”      

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı