Xəzərdə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəRespublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, yeraltı təkanlar martın 25-i axşam saatlarında qeydə alınıb.
Yerli vaxtla saat 19:48:25-də Xəzər dənizində qeydə alınan yeraltı təkanların maqnitudası 3.0 olub. Təkanlar 52 km dərinlikdə olub və hiss edilməyib. Bu, son iki gündə baş verən ikinci zəlzələdir. Belə ki, martın 24-də Şamaxı rayonunda zəlzələ olub. Maqnitudası 3,1 olan təkanlar martın 24-ü yerli vaxtla saat 18:07-də qeydə alınıb. Təkanlar Qobustan stansiyasından 35 km cənubda Şamaxı ərazisində olsa da hiss edilməyib.Bununla da mart ayında ölkə ərazisində ikici, ilin əvvəlindən isə baş verən 9-cu zəlzələ olub.
Modern.az