Britaniyanın məşhur “Independent” nəşri kağız versiyasında fəaliyyətini dayandırır. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda nəşrin rusiyalı sahibi, iş adamı Yevgeni Lebedev məlumat verib.
Onun sözlərinə görə, “Independent” bundan sonra yalnız elektron formatında fəaliyyət göstərəcək. Məlumatda qeyd edilir ki, nəşri rusiyalı biznesmen əldə edəndən bəri tirajı sürətlə aşağı düşməyə başlayıb. 2011-ci ildə təmiz ziyan 18 milyon funt sterlinq, sonrakı ildə isə 14 milyon olub.
Qəzetun kağız variantı axırıncı dəfə martın 26-da işıq üzü görüb. Beləliklə, qəzetin 70 əməkdaşı işindən məhrum olub.
Modern.az