Modern.az

Qusarda ağır yol qəzası – bir nəfər öldü

Qusarda ağır yol qəzası – bir nəfər öldü

26 Mart 2016, 16:28


Qusar rayonunda ağır nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonu, Çiləgir kəndində “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1969-ci il təvəllüdlü Şahbazov Mehdi Əziz oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 10:46-da başa çatıb. 

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı