Modern.az

BMT Düdənginskini “qanundan kənar” elan etdi

BMT Düdənginskini “qanundan kənar” elan etdi

Təhsil

22 Dekabr 2010, 13:38

Qurumun qəbul etdiyi yeni qətnamə “Milli legion”un taleyini qeyri-müəyyən hala salıb

BMT Baş Assambleyası Rusiyanın təqdim etdiyi “irqçilik təbliğatının yolverilməzliyi” haqqında qətnaməni qəbul edib. Modern.az BMT-nin rəsmi saytına istinadən bildirir ki, sənəd nasizm cinayətlərində əli olanlardan qəhrəman surəti yaratmaq cəhdlərini pisləyir. Bu sənəd həmçinin faşist ordusunda fəaliyyət göstərən keçmiş latvityalı legionerlərə də şamil edilib. Qətnamədə deyilir ki, “bu sənədi imzalayan ölkələr İkinci Dünya müharibəsində faşizmə qarşı vuruşmuş mübarizlərin xatirəsinə qara yaxmaq və abidələri dağıtmaq cəhdlərindən ciddi narahatdırlar”. Sənəddə həmçinin vurğulanır ki, “milli, dini və irqi ayrı-seçkiliyin istənilən təzahürləri qanunla qadağan edilməlidir

Qətnamə səs çoxluğu ilə qəbul edilib. 129 dövlət lehinə səs verib. ABŞ, Palau və Marşall adaları dövləti qətnamənin əleyhinə çıxıblar. Avropa İttifaqı, Ukrayna, Gürcüstan da daxil olmaqla 52 dövlət bitərəf qalıb.

Azərbaycan BMT-dəki sənədlə bağlı mövqeyini dəqiqləşdirmək mümkün olmayıb. Bu məsələ eyni zamanda müharibə zamanı əsir alınmış azərbaycanlılardan ibarət “Milli legion”un taleyi ilə bağlı məsələyə də qaranlıq salır. Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin rəhbərliyi ilə “Milli legion” Almaniya tərəfindən SSRİ-yə qarşı hərbi əməliyyatlarda iştirak edib. Hazırda Azərbaycan tarixşünaslığında buna münasibət birmənalı deyil. “Milli legion”un işğalçı bolşeviklərə qarşı vuruşduğunu deyən bir qrup tarixçilər orada döyüşən azərbaycanlıları qəhrəman sayır və onların haqlarının bərpa olunamısını təklif edirlər.
Digər qrup tarixçilər isə bunu qəbul etmir və  “Milli legion”la bağlı səhifəni “utandırıcı” hesab edirlər...

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə