Modern.az

Brüssel terrorçularından biri jurnalist işləyib - VİDEO

Brüssel terrorçularından biri jurnalist işləyib - VİDEO

Təhsil

26 Mart 2016, 18:22

 

Belçika və Fransa kütləvi informasiya vasitələrində Brüsseldə tğrədilən terror aktlarının təşkilində şübhəli bilinən üçüncü şəxslə bağlı video müşahidə kameralarındakı görüntü haqda informasiya gedib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, həmin şəxs əvvəllər müstəqil jurnalist işləyən Faysal Şeffidir.

O, martın 24-də prokurorluq ofisinin yaxınlığında saxlanılan 3 nəfərdən biridir. Mənbələrdən birinin dediyinə görə, Feysalı terrorçuları hava limanına gətirən taksi sürücüsü tanıyıb.

Federal prokurorluq isə hələ ki heç bir şərh vermir.

Brüsseldə martın 22-də bir neçə terror həyata keçirilib. İki partlayış hava limanında, biri isə metro stansiyasında baş verib. 30 nəfərdən çox adam həlak olub, 200-dən çox adam yaralanıb. Hücumlara görə məsuliyyəti İraq-Şam İslam Dövləti qruplaşması üzərinə götürüb.



Modern.az
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı