Modern.az

Ukraynada satqınların siyahısı açıqlandı

Ukraynada satqınların siyahısı açıqlandı

Təhsil

26 Mart 2016, 18:35


Ukrayna Təhlükəsizlik Xidməti ös saytında “içdikləri anda xəyanət edərək düşmən tərəfinə keçən” keçmiş əməkdaşlarının siyahısını çap edib. Modern.az-ın xarici mediaya istinafən verdiyi xəbərə görə, siyahıdakı 1391 nəfərin hamısı Krımda xidmət edib.

Onların arasında zabitlər, o cümlədən polkovniklər, eləcə də sıravilər – mühafizəçilər, sürücülər və proqramçılar var.

2015-ci ilin fevral ayında həmin vaxt Ukrayna Təhlükəsizlik Xidmətinin sədri olan Valentin Nalivayçenko bəyan etmişdi ki, xüsusi xidmətin şəxsi heyəti satqınların uzaqlaşdırılması

səbəbindən 4 dəfə azalıb. Həmin ilin yanvarında Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin müşaviri Markiyan Lubkinski isə qondarma Donetsk Xalq Respublikasına informasiya ötürdüklərinə görə 8 nəfərin saxlanıldığı haqda məlumat vermişdi.

Modern.az 

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı